Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinatorluğunun birgə layihəsi çərçivəsində “Kitabın İşığın Olsun” adlı tədbir keçiriləcək.
Tədbir, 20 aprel 2019-cu il tarixində saat 12:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.
23 aprel - Uşaq Gününə həsr olunan tədbirdə, türk uşaq yazarlarından Vural Kaya, Bestami Yazğan, Yavuz Bahaduroğlu, Azərbaycan yazıçılarından Əziz Sultanovun müəllifləri olduqları 10 adda kitab tədbirdə iştirak edən uşaqlara hədiyyə olunacaq.
Tədbirdə, Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Erkan Özoralın, uşaq yazarları və digər qonaqların iştirakı gözlənilir.
Tədbirin keçirilməsində əsas məqsəd, uşaqlarda kitaba və mütaliəyə olan marağı artırmaq, onların xarakterlərinin formalaşmasında uşaq ədəbiyyatının əvəzsiz rolunu qeyd etmək və türk xalqlarının mədəniyyətini təbliğ etməkdir.