27.02.2020 10:01
6 mart 2020-ci il tarixində Azərbaycan Dövlət Uşaq Filarmoniyası tərəfindən Beynəlxalq Qadınlar günü münasibətilə konsert keçiriləcək.
Konsertdə “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqi nömrələrilə çıxış edəcək.
Proqramda Azərbaycan, Rus və Qərbi-avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənəcək.