24.06.2019 10:37
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialı Heydər Əliyev adına Park-bulvar istirahət kompleksində “Dövlətçiliyimizin xilaskarı“ adlı səyyar kitab sərgisi təşkil edib.
Sərgidə ümummilli lider Heydər Əliyevin doğma vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs edən, dahi rəhbərin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmasını əks etdirən kitablar, jurnallar və digər nəşrlər yer alıb.