Dünyanın ən qədim xalısından bəhs edən “Pazırık xalısı – rəmzlər dünyası” kitabı nəşr olunub
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Pazırık xalısı – rəmzlər dünyası” kitabının nəşri başa çatdırılıb.
Tədqiqatçı, xalçaçı rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu kitabda Dağlıq Altayın Pazırık vadisindəki kurqanlardan birində aşkarlanmış dünyanın ən qədim xalısı hesab edilən Pazırık xalısı ilə bağlı aparılmış tədqiqatdan bəhs olunur. Müəllif dörd hissədən ibarət olan bu kitabda Pazırık xalısının tarixiliyi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı məsələləri araşdırmışdır. Son səhifələrdə türk, rus və ingilis dillərində xülasə verilmişdir.
“Pazırık xalısı – rəmzlər dünyası” kitabı “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.