Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1605

Şəkidə “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı növbəti tədbir keçirildi

“Bölgələrdən-bölgələrə” adlı yaradıcılıq festivalının davamı olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi  “Qarşılıqlı əməkdaşlıq və mədəni əlaqələr” çərçivəsində Şəki şəhərində ekskursiya-sərgi və möhtəşəm konsert proqramı ilə çıxış etmişdir.

Noyabrın  12-də Şəki Şəhər Regional Mədəniyyət İdarəsinin Şəki şəhər 4 nömrəli Uşaq  Musiqi Məktəbində Bərdə, Yevlax, Tərtər rayonlarını və Mingəçevir şəhərini özündə birləşdirən Bərdə Regional Mədəniyyət İdarəsinin yaradıcı kollektivi Mədəniyyət Nazirliyi tərəfindən “Qarşılıqlı əməkdaşlıq” devizi altında keçirilən “Bölgələrdən-bölgələrə” adlı yaradıcılıq festivalının davamı olaraq Şəki musiqisevərlərinə ekskursiya-sərgi və bayram ovqatlı musiqi proqramı təqdim etmişdir.

Məktəbin foyesində Bərdə Turizm İnformasiya Mərkəzinin təşkil etdiyi, bacarıqlı insanların əl işlərindən ibarət sərgiyə baxış həyata keçirildikdən sonra, Şəki Regional Mədəniyyət İdarəsini rəisi Mirvari Zeynalova gələn qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin təqdimatında “Bölgələrdən-bölgələrə” layihəsi ətrafında keçirilən bütün tədbirlərin ümumuilikdə mədəniyyətimizin tərəqqisinə, işgüzar münasibətlərin təkmilləşdirilməsinə  və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.

Dostluq konsertində Mingəçevir “Kür” xalq çalgı alətləri ansamblının müşaiyəti ilə Tərtər Müşviq Qurbanovun (Tərtər), Rəşad Hüseynovun (Yevlax), Azad Abışovun (Bərdə), Yasin Əkbərovun, Reyhan Rəcəbovanın, Misir Məmmədovun, Zibər Zamanovanın, Tərgül Bərdəlinin, Sərdar Əvəzoglunun və aşıq Müzəffər Şükürovun ifalarında rəngarəng musiqi nömrələri dinlənilib. Mingəçevir şəhər Mədəniyyət Mərkəzinin “Nur” rəqs  qrupunun rəqsi isə tamaşaçılarda xüsusi bir coşqu yaratmışdır.

Tədbirin sonunda fəxri mədəniyyət işçisi Reyhan Rəcəbovanın, Tərgül Bərdəlinin, Sərdar Əvəzoglunun və Misir Məmmədovun birgə ifalarında səsləndirilən “Qarabag şikəstəsi” alqışlarla qarşılanıb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib