Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5621

Frankfurt Beynəlxalq Kitab Yarmarkası çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 11-də Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir.

Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.

Sərginin açılış günündə bir sıra işgüzar görüşlər keçirilib. Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dövlət katibi Ömer Arısoy nümayəndə heyəti ilə birgə Azərbaycanın pavilyonunu ziyarət edib.

Sərginin ikinci günü - 12 oktyabrda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr rəhbəri Arzu Təbrizli açaraq mərkəzin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Nizami irsinin tədqiqatçısı, uzun illərdən bəri Almaniyada yaşayan soydaşımız Sevil Fuks "XVIII-XXI əsrlərdə alman dilli Nizamişünasların elmi tədqiqatlarının nəticələri" mövzusunda məruzə ilə çıxış edib. S.Fuks on beş il ərzində apardığı tədqiqatlara əsaslanaraq Almaniyada hər zaman Nizami irsinə böyük marağın olduğunu və “Xəmsə”nin əcnəbi dillər arasında tam formada yalnız alman dilinə tərcümə olunduğunu vurğulayıb.

Növbəti çıxışçı – Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuperin böyük şair-mütəfəkkirin “Yeddi gözəl” poemasından tərcümə etdiyi “Fitnə” hekayəsini alman dilində iştirakçılar üçün oxuması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin "Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd "Xəmsə" poemalar toplusu, Drezden kitabxanasında qorunan “Kitabi-Dədə Qorqud” dastanı və 1751-1817-ci illərdə yaşamış görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditzin kolleksiyasında qorunan qədimi əlyazmalara çəkilmiş miniatür nümunələrinin tədqiqi" mövzusunda məruzəsi dinlənilib. Həmçinin qeyd olunan qədim əlyazmalarda yer alan miniatür sənət nümunələrinin fotoları tədbir iştirakçılarının diqqətinə təqdim olunub.

Tədbirdə “Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, “Avropa Əməkdaşlıq Forumu”nun sədri Samirə Patzer-İsmayılova və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Frankfurt yarmarkasında iştirak edən Ermənistan tərəfi bu dəfə də öz xislətinə uyğun olaraq ölkəmizə qarşı təxribata əl atıb. Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma “DQR” adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi