Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1177

Frankfurt şəhərində Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir baş tutdu

Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində 14 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə milli pavilyonda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbir keçirildi. Açılış nitqini səsləndirən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov Azərbaycandakı alman məskənlərinin yaradılmasının qısa tarixçəsindən bəhs etdi və tolerant mühitdə iki xalq arasında formalaşan mədəni əlaqələri diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsinə dövlət tərəfindən daim xüsusi önəm verilib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixli sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar bir çox tədbirlər, layihələr həyata keçirilməkdədir.

Daha sonra çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov multikultural dəyərlərin qorunması və təbliği baxımdan bu kimi tədbirlərin daşıdığı önəmdən bəhs etdi. Qeyd olunan sərəncamla bağlı cari ildə çap olunmuş kitabları qonaqların diqqətinə təqdim etdi.

Ardınca Şprenflingen Gensingen İcmalar Birliyinin rəhbəri Manfred Şerer, “Avropa Əməkdaşlıq Forumu"nun sədri, “Avropa Azərbaycanlıları Konqresi"nin fəxri prezidenti Samira Patzer İsmailova, “Mayns-Azərbaycan” Cəmiyyətinin sədri Başar Kömür, Almaniya əyalət parlamentinin sabiq üzvü Dr. Rahim Şmidt çıxışları zamanı Azərbaycan-Almaniya xalqlarının mədəni bağları, dostluq əlaqələri barədə qonaqlara məlumat verdilər. 

Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara  "İRS" jurnalının Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş nömrəsi hədiyyə edildi.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!