17.10.2018 03:47
Füzuli Dövlət Dram Teatrı 1 nömrəli Qayıdış qəsəbəsində Orta Məktəb kollektivi qarşısında çıxış etmişdir.
Teatr rayondan 70 km məsafədə müxtəlif istiqamələrdə yerləşən Qayıdış qəsəbələrində qastrol səfərindədir. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi və quruluşu əsasında hazırlanan "Vəzirsiz saray” adlı tamaşa artıq bu gün kollektivə təqdim olunmuşdur.
Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda İntizar Quliyeva, Nicat Süleymanov, Sevinc Məmmədova, Sehran Xanlarov, Əli Hüseynov, Elşən Gözəlov və başqaları çıxış edir.
Qastrol səfərinin 17-25 oktyabr tarixlərində davam etdirilməsi nəzərdə tutulmuşdur.