Ölkə ərazisində koronovirusla mübarizə çərçivəsində Füzuli Dövlət Dram Teatrı binasında üç ay müddətinə dayandırılmış yaradıcılıq işinə yenidən start verilib.
Belə ki, 1 iyun 2020-ci il tarixindən etibarən sosial məsafənin gözlənilməsi ilə məşqlər bərpa olunub. Hazırda teatrda Ağalar Mehdiyevin “Oyun” tamaşasının məşqləri həyata keçirilir.
Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda İntizar Quliyeva, Sehran Xanlarov, Aygün Cəfərova, Ayşən Gülmalıyeva, Emin Abışov, Nicat Süleymanzadə və başqaları çıxış edir.
Məlumat üçün bildirək ki, teatr koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında rəsmi facebook səhifəsində virtual tamaşalar nümayiş etdirir. Eyni zamanda onlayn məşqlərlə fəaliyyət göstərir.