Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
944

Gəncədə muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə kurslar təşkil olunub

Regionlarda çalışan muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə 10-14 iyun tarixlərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçirilmiş təlimlər başa çatıb. Yeni tədris modulları əsasında hazırlanmış kurslar “Muzey işçilərində nitq mədəniyyətinin formalaşdırılması”, “Muzey ekspozisiyası” və “Kreativ peşə səriştələri” mövzularını əhatə edib. Gəncə şəhərində “Mədəniyyət həftəsi” zamanı keçirilən təlimlərə Gəncə və Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşları  qatılmışdır. Təlimlər Gəncə Dövlət Universitetində, Məhsəti Gəncəvi Mərkəzində,  Gəncə şəhər Uşaq incəsənət məktəbində, Mir Cəlal Paşayevin Ev Muzeyində və Gəncə şəhər MKS-də keçirilib.

 Nəzakət Rəhmanova tərəfindən “Muzey işçilərində nitq mədəniyyətinin formalaşdırılması” mövzusunda keçirilən təlimində dinləyicilər natiqlik sənəti, dil və onun xüsusiyyətləri,  Azərbaycan dilinin tarixi, nitq təsnifatı və onların xüsusiyyətləri, ekskursiya mətnlərinin hazırlanma qaydaları, muzey əməkdaşlarında nitq mədəniyyəti vərdişlərinin formalaşdırılması kimi biliklərə yiyələnmişdir.

“Muzey ekspozisiyası” mövzusunda keçiriləcək təlimdə iştirakçılar ekspozisiya işinin təşkilində ilkin biliklər, fond şöbəsi ilə əlaqəli  işin aparılmasında əşyaların qəbulu və təhvilinə dair uçot qaydaları, ekspozisiyanın bədii tərtibat mərhələləri, təqdimatı, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər qazanıblar. Bu barədə məlumatları Pakizə Almazova, Məhbübə Əbilova və Sevinc Qasımova təqdim ediblər.

“Kreativ peşə səriştələri” kursunda isə dinləyicilər kreativlik, kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye, kreativ və rəqəmsal mədəniyyət, lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində biliklər əldə ediblər. Kurs rəhbəri Pərvanə Hüseynova olub.

Mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunan təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verilib, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində kreativ yanaşmalar tətbiq olunub.

Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İstisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev tərəfindən sertifikatlar təqdim olunub. Sertifikatlarda qiymətlərlə yanaşı, əldə olunan peşə səriştələri, sosial tərəfdaşlar və digər məlumatlar öz əksini tapmışdır. Qeyd edək ki, sosial tərəfdaşlar arasında Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat  İnstitutu, Türkiyənin Yunus Əmrə İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Azərtac” Dövlət Agentliyi, AMEA-nın müxtəlif institutları və digər qurumlar yer alır.

Xatırladaq ki, bu günə qədər Mərkəz tərəfindən Lənkəran, Şamaxı və Bakı şəhərlərində 3 təlim kursu uğurla  həyata keçirilib.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb