Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2316

Görkəmli Azərbaycan memarı Rasim Əliyevə həsr olunmuş kitabın təqdimatı keçiriləcək

Mədəniyyət Nazirliyi tərəfindən görkəmli memar, akademik Rasim Əliyevin "Keçmişdən gələcəyə" kitabının və Lider TV-nin “Xəzərin sahilində” verilişinin Rasim Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçiriləcəkdir. Tədbir 16 iyul 2019-cu il tarixində saat 17:00-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaqdır.

Qeyd edək ki, Rasim Həsən oğlu Əliyev 16 iyul 1934-cü ildə Gəncə şəhərində görkəmli alim, akademik, ictimai xadim Həsən Əliyevin ailəsində anadan olub. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. Azərbaycan Dövlət layihə institutunda əmək fəaliyyətinə başlayan memar respublikada şəhərsalma və memarlıq sahəsində müxtəlif vəzifələrdə çalışıb. 1974-1988-ci illərdə Bakı şəhərinin Baş memarı olub.

Respublikamızda memarlıq sənətinin inkişafına töhfələr vermiş Rasim Əliyev bir çox memarlıq abidəsinin və layihələrin müəllifidir. Onların sırasında “Ulduz” sarayı, Televiziya və Radio Verilişləri qülləsi, Moskvada Azərbaycan Nümayəndəliyinin binası, Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanı, Naxçıvan Hava Limanı, Hüseyn Cavidin Naxçıvandakı məqbərəsi və Bakıdakı Hüseyn Cavid parkı, ölkəmizin Türkiyənin Ankara şəhərindəki səfirliyinin binası, Naxçıvanda Heydər Əliyev parkı, Heydər Əliyev Muzeyi və Mərkəzi, Heydər Əliyevin məzarüstü abidə kompleksi, Rixard Zorge və Koroğlu parkları, habelə Qubada, Sabirabadda, İsmayıllıda və Xırdalanda mədəniyyət evləri, meydan və parklar, “Xalqlar Dostluğu” və “Həzi Aslanov” metrostansiyaları, onlarla inzibati, ictimai və yaşayış binaları, tikililəri vardır.

Onun rəhbərliyi və müəllifliyi ilə Bakı şəhərinin ötən əsrdəki sonuncu baş planı,  “İçərişəhərin Regenerasiya Planı” hazırlanıb, Bakıda 8-ci və 9-cu mikrorayonlar, Əhmədli qəsəbəsi, Kiyev, Yeni Günəşli yaşayış massivləri salınıb, Bakı və Abşeronda, həmçinin respublikanın bir çox rayonlarında böyük memarlıq tikinti layihələri həyata keçirilib.

Müvafiq sahədə göstərdiyi xidmətlərə görə Rasim Əliyev Azərbaycan Respublikasının Əməkdar memarı fəxri adı (1979), "Qırmızı Əmək Bayrağı" (1980), "Şöhrət" (2000), "Şərəf" (2009), "İstiqlal" (2014) ordenləri ilə təltif olunmuş, Azərbaycan SSR Dövlət Mükafatına (1982), "Humay-96" (1997) layiq görülmüşdür.

Rasim Əliyev Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının , Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvüdür. SSRİ və Azərbaycan Memarlar İttifaqının üzvüdür.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi