Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3703

“Günümüzün ustad aşıqları” seriyasından çap olunmuş nəşrlərin təqdimatı keçirildi

 İyulun 5-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş nəşrlərin təqdimatı keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq kitabın əhəmiyyətindən söz açdı. Aşıq sənətinin Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri kimi əhəmiyyətindən danışdı.

Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək “Günümüzün ustad aşıqları” layihəsi haqqında məlumat verdi. Bildirdi ki, müasirlərimiz olan ustad aşıqlardan Əməkdar incəsənət xadimi Ədalət Nəsibov, əməkdar mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər biri haqqında ayrıca kitab nəşr olunub. Kitablarda aşıqların həyat və yaradıcılıqları haqqında geniş məlumat yer verilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, son dövrlərdə Aşıqlar Birliyi maraqlı layihələrə imza atır. Elmi, bədii və sənət baxımından vacib olan bir bu layihələr aşıq sənətinin inkişafı üçün önəmli addımlardır. Son dövrlərdə Aşıqlar Birliyi tərəfindən saz-söz sənətkarlarının sənətinə diqqət göstərilməsi, əhəmiyyətli təşəbbüslərin irəli sürülməsi, beynəlxalq aşıqlar festivalının keçirilməsi birliyin nüfuzunu daha da artırıb. Aşıqlar Birliyi təkcə musiqi ilə məşğul olan qurum deyil, bu təşkilat bir elm ocağına çevrilə bilib. Birlik bu sənətin gələcək nəsillərə ötürülməsi missiyasını yerinə yetirir. Ustad aşıqların tanıdılması bu ulu sənətin təbliği baxımından vacibdir”.

Aşıq sənətinə dövlət qayğısından söz açan nazirin birinci müavini son illərdə aşıq sənətinin inkişafında xidmətlərinə görə bir sıra sənətkara fəxri adların verildiyini bildirdi. Qeyd etdi ki, aşıq sənəti də əsasən dövlətçiliyi təbliğ edir. Çünki vətənin təbiəti, ictimai həyatı həmişə aşıqların ilham mənbəyi olub. Aşıq musiqisinin özü də təbiətdən güc alıb. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk dəfə olaraq 1973-cü ildə Aşıq Ələsgərin yubileyinin keçirilməsi ilə bağlı qərar verib: “Sovet rejimində, milli özünüdərk prosesi kimi məsələlərin nəzarətdə olduğu bir vaxtda aşıq sənətinin unudulmamasına xidmət edən bu qərar və ustadın əsərlərinin ikicildliyinin buraxılması aşıq sənətinin inkişafına təkan verdi. Bu uzaqgörən siyasət ölkə başçısı İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqımızın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynamışdır”. 

Tədbirdə çıxış edən ustad aşıqlar İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz kitabların çap olunmasında əməyi keçənlərə təşəkkür etdilər. Layihədə hər bir aşığa fərdi yanaşıldığını diqqətə çatdıran sənətkarlar kitabların tədqiqatçılar üçün gərəkli vəsait olduğunu söylədilər.

Çıxışlardan sonra tədbir aşıqların ifasında saz havalarının səsləndirilməsi ilə davam etdi.

Qeyd edək ki, Bakıda “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüş kitablarda hər bir ustadın ayrılıqda həyat və sənət yolundan bəhs olunur. Nəşrlərdə eyni zamanda onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, bu sənətkarlara ithaf olunmuş şeirlər və öz yaradıcılıqlarından seçmə nümunələr yer alıb. Kitabların məsləhətçisi Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb