13.10.2017 04:06
12 oktyabr 2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Akademiyası”nın növbəti 2 dərsi keçirilmişdir. Dərslər bu dəfə Mərkəzin Kino zalında keçirilmişdir. Dərslərdə rayonun bütün idarə və təşkilatlarından seçilmiş 60 müdavim iştirak etmişdir. I dərs Şirvan
şəhəri DTX-nın əməkdaşı Anar Kərimov tərəfindən keçirilmişdir. Dərsin mövzusu “Xüsusi xidmət orqanları və kiber təhlükə” adlanırdı. Dərs 1 saat müddətində davam etmişdir. II dərs Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov tərəfindən keçirilmişdir. Dərsin mövzusu “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlanırdı. Dərsin sonunda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı qısa metrajlı sənədli film nümayiş olunmuşdur. Dərs 30 dəqiqə müddətində davam etmişdir.