Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1137

Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisi açılıb

Mayın 22-də Heydər Əliyev Mərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılıb.

Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər silsiləsinin davamıdır.

Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Mərkəzində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin sərgisinin təşkili əlamətdar hadisələrdəndir. Görkəmli rəssamla Heydər Əliyev Fondunu və Heydər Əliyev Mərkəzini uzun illərdir dostluq və əməkdaşlıq əlaqələrinin bağladığını deyən Anar Ələkbərov, bu günədək rəssamla bir neçə layihənin həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli rəssamın “Dostluq” ordeninə layiq görüldüyünü deyən Anar Ələkbərov, onu bu münasibətlə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, dünya şöhrətli rəssam Zurab Seretelinin əsərlərindən ibarət sərginin Bakıda təqdim olunması paytaxtımızın mədəni həyatında mühüm hadisələrdən biridir. Qeyd edilib ki, Heydər Əliyev Fondu mütəmadi olaraq belə sərgilər təşkil etməklə, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində də çoxsaylı layihələr həyata keçirir, uğurlu addımlar atır. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli rəssamın əsərlərinin ilk dəfə ölkəmizdə sərgilənməsi münasibətilə onu təbrik edən nazir, rəssama bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.

Sonra Əbülfəs Qarayev Zurab Sereteliyə “Dostluq” ordenini təqdim edib.

Zurab Sereteli çıxış edərək sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib. Prezident İlham Əliyev tərəfindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilməsini sevinc hissi ilə qarşıladığını deyən rəssam, indiyədək belə dəyərli mükafata sahib olmadığını da etiraf edib. O, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Zurab Seretelinin yaradıcılığı haqqında məlumat verib. Onun istər sovetlər dönəmində, istərsə də müasir dövrdə sənət fəaliyyətindən söz açan Ö.Eldarov, rəssamın yaradıcılığının bənzərsizliyi haqqında danışıb, onu təbrik edib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox rəsm əsəri və heykəl nümayiş olunur.

Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub. 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət sifarişləri almağa başlayıb. Monumentallıq onun müxtəlif ölkələrdə ictimai sifarişlər əsasında yaratdığı heykəllərdə də diqqəti çəkir. Seretelinin müəllifi olduğu möhtəşəm heykəllər London, Moskva, Nyu-York, Paris, Roma, Tokio və digər şəhərlərdə ucaldılıb.

Seretelini dünya vətəndaşı adlandırmaq olar. Onun emalatxanaları doğulduğu Tbilisi şəhərində, Moskva, Paris və Nyu-Yorkda yerləşir. Bu dörd şəhərin hər birində işləmək onun fərdi üslubunun formalaşmasına səbəb olub. Fransada Pablo Pikasso və Mark Şaqalla görüşü onun yaradıcılıq prosesinə baxışlarını köklü surətdə dəyişib. Ustadların rəssamlıq və qrafikadan keramika və heykəltəraşlığa asanlıqla keçmələri onu yeni əsərlər seriyası yaratmağa ilhamlandırıb. Parisdə Pikassonun emalatxanasını ziyarət etdikdən sonra çəkdiyi “İnessa” (1968) əsərində fransız rəssamın təsiri aydın nəzərə çarpır. Seretelinin “Mənim sevimli rəssamlarım” (2009) adlı məşhur heykəli Pablo Pikasso, Amedeo Modilyani, Mark Şaqal və Vinsent Van Qoqu təsvir edir. Bundan bir il əvvəl isə o, Niko Pirosmani və Anri Russonun heykəltəraşlıq obrazlarını yaratmışdı.

Zurab Seretelinin yaradıcılığına rus rəssamları da təsir göstərib. Vasili Kandinskinin abstrakt ekspressionizmi və ya Kazimir Maleviçin suprematizmi Seretelinin qırmızı və göy boyalarının zəngin palitrasına transformasiya edib.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.

XƏBƏRLƏR

17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir