Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1704

“Müasir mədəni brendinq: kəlağayı sənəti” adlı videokonfrans keçirilib

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə iyulun 13-də “Müasir mədəni brendinq: kəlağayı sənəti” adlı videokonfrans keçirilib.

Mərkəzdən bildirilib ki, konfransda tədbirin həmtəşkilatçısı “Azəripək” MMC-nin nümayəndələri Elvira Məmmədova və Firuzə Bədəlova ilə yanaşı, marketinq mütəxəssisləri, o cümlədən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, tarix üzrə fəlsəfə doktoru Rəna Rəcəbli, tarix üzrə elmlər doktoru İlhamə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin Strateji İnkişaf şöbəsinin direktoru Turan Süleymanov, Bakı Mühəndislik Universitetinin mütəxəssisi Tahirə Salayeva və bir sıra digər alim-mütəxəssislər öz məruzələri ilə çıxış ediblər.

Qeyd edilib ki, müasir mədəni məkanların daha çox ictimai marağa səbəb olması və daha çox auditoriya əldə edə bilməsi üçün mədəni marketinqin bəxş etdiyi imkanlardan geniş istifadə olunmalıdır. Məhz bu səbəbdən tədbir çərçivəsində mütəxəssislər tərəfindən marketinq və marketinqin tərkib hissəsi olan brendinq fəaliyyətinin müasir xüsusiyyətlərindən geniş şəkildə bəhs olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə müzakirələr zamanı milli mədəni brend, mədəni marketinq, təbliğat strategiyaları, müasir mədəni xidmətlər və digər mövzular ətrafında fikir mübadilələri də aparıblar.

Aparılan fikir mübadilələri çərçivəsində çıxış etmiş Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev milli mədəni brendlərin yaradılması mövzusunun mədəniyyətlə iqtisadiyyatın qovuşduğu nöqtə olduğunu bildirib. Mədəniyyət sahəsinin iqtisadiyyatı bir o qədər də inkişaf etmədiyi səbəbindən mövcud istiqamətdə mütəxəssis defisitinin mövcudluğunu bildirən A.Usubəliyev, mövzunun perspektivliyini xüsusi olaraq vurğulayıb.

Xatırladaq ki, mərkəz tərəfindən keçən ilin iyul ayında Gədəbəydə “Milli Yaylaq Festivalı” çərçivəsində Türkiyə, Rusiya və Qazaxıstan alim və mütəxəssislərinin iştirakı ilə sözügedən mövzuya həsr olunmuş “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans, habelə təlim xarakterli layihələr reallaşıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi