15.07.2020 05:59
Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Azər Rzayevin anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanası “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “Azər Rzayev. Altı simfonik lövhələr: iki fortepiano üçün” not məcmuəsini nəşr etdirib.
Kitabxanadan bildirilib ki, vəsaitə görkəmli bəstəkarın fortepiano üçün musiqi əsərləri - Rəqs, Vals, Məzəli oyun, “Bolero”ya bənzər, “Düşüncə” və “Qaytağı” əsərləri daxil edilib. Bu məcmuə bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndəriləcək.
“Azər Rzayev. Altı simfonik lövhələr: iki fortepiano üçün” not məcmuəsi ilə http://anl.az/down/NotAz-8169.pdf linkindən tanış olmaq olar.