Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2771

“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq

Bu il ICOM Azərbaycan Milli Komitəsi öz 25 illiyini qeyd edir. Bu münasibətlə 15 dekabr 2017-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda  “ICOM Azərbaycan Milli Komitəsi – 25” adlı tədbir keçiriləcək. Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin bütün üzvləri iştirak edəcəklər.

Tədbir çərçivəsində 15 dekabr tarixində ICOM Azərbaycan Milli Komitəsinin illik plenar konfransı olacaq. Konfransda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, diplomatlar və rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş saytının təqdimatı da olacaq. Konfrans zamanı 2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi, ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və “Komitənin ən fəal üzvü” nominasiyalarda təqaüdün verilməsi məsələləri müzakirə olunacaq. Konfrans mədəni və əyləncəli proqramlarla başa çatacaq.

ICOM Azərbaycan Milli Komitəsi 1992-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən muzey işçilərinin qurultayında təsis edilib, həmin ildə təşkilatın nizamnaməsi qəbul olunub və sədri seçilib. Beləliklə, postsovet məkanında ilk milli komitə məhz Azərbaycanda yaranıb. 8 iyun 1993-cü il tarixində ICOM-un İcraiyyə Şurası 78-ci toplantısında ICOM Azərbaycan Milli Komitəsini rəsmi olaraq təsdiq edib. 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan Milli Komitənin hazırda 106 nəfər fərdi və 1 institutsional üzvü var. Onlar 43 muzeyi, o cümlədən Bakıda 30, regionlarda 13 muzeyi və 14 digər təşkilatı təmsil edirlər.

ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərinin, elm, mədəniyyət, incəsənət xadimlərini, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan şəxsləri birləşdirir.

Milli Komitənin əsas vəzifələri muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarətdir.

Milli Komitənin prioritet işlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb