16.03.2019 05:29
Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə 15 mart 2019-u il tarixdə “Kəlağayım - milli örpəyim!” adlı ədəbi-bədii gecə keçirilmişdir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliğinə həsr olunmuş tədbirdə kəlağayının yaranma tarixindən, istehsal prosesindən, coğrafiyası və onunla bağlı adət-ənənələrdən geniş məlumat verilmişdir.
Tədbirdə şəhər ümumtəhsil məktəblərin sagirdləri maraqlı kompozisiya ilə, uşaq musiqi məktəbinin muğam sinfinin müəllim və şagirdləri, şəhər dövlət iqtisadiyyat və humanitar kollecin tərbiyə işləri üzrə direktor muavini Rasim Xəlilov və kollecin tələbəsi, gənc şairə Nahidə Elman və digərləri çıxış etmişlər.