Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4079

“Mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu” mövzusunda seminar keçirilib

İyunun 20-də Azərbaycan Xalça Muzeyində “Mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu” mövzusunda seminar keçirildi. Seminar Mədəniyyət Nazirliyi və İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşkilatçılığı ilə reallaşdı.

Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun böyük məsləhətçisi Ramil Abbəkirov çıxış edərək seminarın “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” tədbiri çərçivəsində keçirildiyini bildirdi. Qeyd etdi ki, tədbirdə ölkəmizdə mədəniyyət və incəsənət sahəsində imkanlar, beynəlxalq təcrübələr, həmçinin məşğulluq imkanları, mədəniyyət sahəsinə investisiya yatırımları, habelə mədəni sənaye və elm tutumlu iqtisadiyyat sahələrində gənclərin bilik və bacarıqlarının artırılması kimi mövzular müzakirə olunacaq.

İSESCO-nun nümayəndəsi Foued El Ayni seminar iştirakçılarını salamladı, təlimin önəmini vurğuladı. Mütəxəssis diqqətə çatdırdı ki, seminar mədəniyyət sahələrinin inkişafına yönəlmiş layihə kimi nəzərdə tutulub. Qeyd olundu ki, gənclər arasında işsizlik yoxsulluq və ekstremizmə məruz qalma kimi hallara yol açır. Müvafiq qurumlar mədəniyyət sahəsinə diqqət ayırmaqla həm işsizliyin aradan qaldırılmasına, həm də mədəni sahənin təşviqinə nail ola bilərlər. Bu mövzu BMT-nin 2030-cu ilədək davamlı inkişaf proqramlarında da öz əksini tapıb. Azərbaycanda təşkil edilən təlim birbaşa mədəni sənayenin inkişafına xidmət edir.

Sonra seminar azərbaycanlı təlimçilər - sənətşünas Cahangir Səlimxanov və Əsmər Abdullayevanın mövzu ilə bağlı məruzələri dinlənildi.

Məruzələr ətrafında kreativ sənayenin inkişafı, mədəni sənaye sahəsində çalışan insanların düşüncə və təkliflərinin reallığı, mədəni sənayenin inkişafına verilən töhfələr, kreativ sənayeyə cəlbetmə yolları, mədəni marketinq kimi məsələlər müzakirə edildi. Həmçinin mədəni istehsalatda istehlakçı və istehsalçı arasında məsafə, istehlakçı marağı, yardımçı peşələrlə bağlı məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırıldı. Vurğulandı ki, kreativ sənaye və mədəni sənaye mədəniyyət siyasəti strategiyası çərçivəsində inkişaf etdirilməlidir. Seminarın məqsədi də bütün bu sadalanan ideyaları sənətkarlara və bu sahə ilə məşğul olan insanlara çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, iki gün davam edəcək seminarda mədəni sənayenin inkişafında istedad, ideya, yaradıcılıq, kreativ yanaşmaların əhəmiyyəti, yaradıcı potensialın üzə çıxarılması, mədəni sənayenin inkişaf problemləri, habelə mədəni sənayenin inkişaf etdiyi ölkələrin təcrübəsi mövzularında fikir mübadiləsi aparılacaq.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib