Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1519

Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi

İyulun 12-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə nazirlikdə aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin – rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.

Müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, 15 regional mədəniyyət idarəsinin rayonlar üzrə nümayəndələri iştirak edirdi.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Rafiq Bayramov Mədəniyyət Nazirliyində aparılan son islahatların əhəmiyyətindən danışdı. Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzaladığını diqqətə çatdıran nazir müavini qeyd etdi ki, fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub.

Vurğulandı ki, müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirə edilməsidir: “Artıq nazirlikdə yeni struktur tam formalaşıb. Bundan sonra regionlarla daha sıx işləyərək qarşımıza qoyulan məqsədlərə nail olacağıq. Buna görə də belə görüşlərin mütəmadi təşkil olunması vacibdir. Bu həm regionlardakı mədəniyyət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, həm də gələcək fəaliyyət üçün istiqamətlərin müəyyən olunmasına töhfə verə bilər”.

Rafiq Bayramov qeyd etdi ki, regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində Regional siyasət şöbəsi və iki sektor - Təhsil müəssisələri ilə iş və Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb. Həyata keçirilən son struktur dəyişikliklərindən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq.

Nazir müavini regional idarələrlə yeni yaradılan Regional siyasət şöbəsinin qurulacaq iş prinsipləri haqqında da danışdı, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirdi.

Müşavirədə çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli həyata keçirilən islahatlar nəticəsində regional idarələrlə qurulacaq işin prinsiplərindən söz açdı. Qeyd etdi ki, təkcə regional mədəniyyət idarələrinin yerləşdiyi rayonlar deyil, tabelikdə olan rayonlar üzrə nümayəndələr də bizimlə sıx əlaqələr qurmalıdırlar. Bildirildi ki, mədəniyyət sahəsində regional idarəçiliyə keçilməsi bir sıra məsələlərin həllinin effektivliyini təmin edib. Yeni strukturun müəyyən olunmasından sonra regionlarda mədəniyyətin inkişafına xüsusi diqqət ayrılıb: “Üzərimizə qoyulan böyük vəzifələr var. Biz bu məsələlərin həll olunması üçün yeni planlar hazırlamalıyıq. Ona görə də regionlarda mədəniyyətin inkişafı, göstərilən xidmətlərin səviyyəsinin artırılması üçün yerlərdən təkliflər gözləyirik. Belə olan halda mədəniyyət sahəsinin inkişafı daha effektli olacaq”.

Qeyd olundu ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılmasında ixtisaslı kadrların işə cəlb olunması vacib məqamlardandır. Buna görə də regional idarələrə tabe müəssisələrin ixtisaslı kadrlarla təmin olunması diqqət mərkəzində saxlanılacaq.

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək regional idarələrin və onlara tabe rayonların mətbuatla iş prinsiplərinin qurulmasından danışdı: “Aparılan islahatlardan sonra nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin işi daha da genişlənəcək. Nazirlik tərəfindən həyata keçirilən tədbirlərin işıqlandırılması, regionlarda təşkil olunan tədbirlərin, sərgilərin mətbuatda, televiziyalarda geniş işıqlandırılması diqqətdə saxlanılacaq. Eyni zamanda regionlarda keçirilən tədbirlər və regionların mədəni həyatı ilə bağlı geniş məqalələr dərc olunmalıdır. Nazirliyin mətbu orqanları ilə də sıx əməkdaşlıq qurulmalıdır. Bunun üçün İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq hər cür dəstək verməyə hazırıq”.

Şöbə müdiri mətbuatla əməkdaşlıq üçün regional idarələrə bu sahə üzrə bacarıqlı kadrların işə cəlb olunmasının vacibliyini də qeyd etdi.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasov, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə və başqaları çıxış edərək regionlarda həyata keçirilən tədbirlərdən danışdılar. Gələcək fəaliyyətin yüksəldilməsi üçün atılmalı olan məsələlər diqqətə çatdırıldı.

Tədbir struktur islahatları, regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin – rayonlar üzrə nümayəndələrinin fəaliyyətinin gücləndirilməsi məsələlərinin müzakirəsi ilə davam etdi, fikir mübadiləsi aparıldı.

Müşavirənin sonunda Rafiq Bayramov regionlarda keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin genişləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib