Şəki Regional Mədəniyyət İdarəsinin mətbu orqanı olan “Mədəniyyət qalası” qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin yeni sayında oxucular 9 Noyabr Dövlət Bayrağı Günü, “ Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri, Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun 85 illik yubileyi ilə baglı keçirilmiş tədbirlər, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur aksiyanın regiondakı növbəti mərhələsi, Balakən II Beynəlxalq Xurma Festivalı, Qaxda Milli Mətbəx Bayramı, “Qarşılıqlı əməkdaşlıq və mədəni əlaqələr” çərçivəsində həyata keçirilmiş proqramlar, Şəkidə keçirilmiş ustad dərsləri və digər məqalələrlə tanış ola bilərlər.
Nəzərinizə çatdırırıq ki, qəzeti onlayn oxumaq üçün www.issuu.com/sheki-regional ünvanına müraciət edə bilərsiniz.