Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1959

Mədəniyyət və turizm naziri Naftalanda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 15-də Naftalan şəhərində gerçəkləşib. Nazir Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Gəncə sakinləri şəhərdə regionlararası “Mədəniyyət festivalı” layihəsinin və “Milli geyim mədəniyyətinin cəmiyyət arasında formalaşdırılması və təbliği” layihəsinin həyata keçirilməsi, “Azərbaycan musiqisi” adlı müsabiqənin, “Avropa Gənclər Paytaxtları və qardaşlaşmış şəhərlərin mədəniyyət festivalı”nın təşkili və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Naftalandan qəbula yazılan vətəndaşların müraciətləri şəhər ərazisində Mədəniyyət mərkəzinin tikilməsi, Uşaq musiqi məktəbinə Azərbaycan və xarici ölkə bəstəkarlarının portretlərinin, yeni not nümunələrinin və qısametrajlı filmlərin nümayişi üçün proyektorun verilməsi barədə olub.

Samux sakinləri rayonda arxeoloji tədqiqatların aparılması, Heydər Əliyev Mərkəzinin nəzdində təbii resursların qorunması mərkəzinin açılması, həmçinin mərkəzdə qədim əşyalara aid guşənin yaradılması və digər məsələlərlə bağlı müraciət ediblər.

Goranboy sakinlərinin xahişləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən Borsunlu kəndində Gəsi adlanan ərazidə IX-XIII əsrlərə aid yaşayış sahəsində üzə çıxarılan maddi nümunələrin dövlət qeydiyyatına alınması və bu məkanın ölkə əhəmiyyətli turizm marşrutuna daxil edilməsi, 28 May – Respublika Günü münasibəti ilə təşkil olunacaq bayram konsertində Bakıdan incəsənət ustalarının iştirakına köməklik göstərilməsi və başqa məsələlər barədə olub.

Kəlbəcər sakinləri Uşaq incəsənət məktəbində nağara sinfinin açılması, rayonun folklor kollektivinin xarici ölkələrə qastrol səfərlərinin təşkilinə dəstək verilməsi ilə bağlı nazirə müraciət ediblər.

Xocalı sakinləri rayon Mədəniyyət evində əsərlərin səhnələşdirilməsi üçün təcrübəli rejissor və aktyorların metodiki köməklik göstərilməsi, kitabxana işçilərinin mütəmadi olaraq regionlararası əməkdaşlıq görüşlərinin keçirilməsi, Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində bədii-tərtibat işlərinin aparılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb