Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1675

Mədəniyyət və turizm naziri İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşdü

Fevralın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Nazir qonaqları salamlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə fevralın 23-dən 27-dək Bakıda keçirilən İran kinosu günlərinin əhəmiyyətindən söz açdı. Bildirdi ki, kino günləri çərçivəsində baş tutan bu səfər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək.

Əbülfəs Qarayev qonağı 2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”nin təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi münasibətilə təbrik etdi. Vurğuladı ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri tarixi dostluğa dayanır: “Ölkələrimizin  rəhbərləri son illər çoxsaylı görüşlər keçiriblərsə, biz də bu münasibətlərə öz töhfəmizi verməli, əməkdaşlıq sahəsində daha səmərəli fəaliyyət göstərməliyik”.

Daha sonra nazir İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətinin rəhbərinə təşəkkürünü bildirdi. Diqqətə çatdırıldı ki, İranda təşkil olunan Azərbaycan mədəniyyəti günləri iki ölkə arasında mədəni əlaqələrin daha da sıx inkişafına təkan verdi. İrandakı tədbirlər çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını dilə gətirdi.

İran kino mütəxəssisləri ilə birgə layihələrdən, ötən ay İranda təşkil edilən Fəcr festivalında Azərbaycan teatrının uğurlu iştirakından söz açan Əbülfəs Qarayev mədəniyyətin digər sahələrində birgə əməkdaşlığın perspektivlərini də diqqətə çatdırdı. Qeyd edildi ki, son illərdə İran və Azərbaycan arasında turist sayının çoxluğu turizm sahəsində yaxşı əlaqələrimizin nəticəsidir. Azərbaycan dövləti tərəfindən turizm sahəsində həyata keçirilən islahatlar, turistlərin gəliş-gedişini asanlaşdıran qanunvericiliyin qəbulu turistlərin axınına, bu prosesin daha da güclənməsinə təsir edir.

Ölkəmizdə keçirilən Mədəniyyətlərarası Dialoq forumlarında İran İslam Respublikasının hər zaman yaxından iştirakını vurğulayan nazir nümayəndə heyətini 2018-ci ilin oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştiraka dəvət etdi.

İran nümayəndə heyətinin rəhbəri Abuzər İbrahimi Türkaman səmimi qəbula görə nazirə təşəkkürünü ifadə edərək Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu bildirdi.

Səfəri çərçivəsində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə səmimi görüşündən razılığını ifadə edən qonaq vurğuladı ki, iki ölkə mədəni, tarixi və dini baxımdan bir-birinə sıx bağlıdır: “Azərbaycan və İran arasında bütün sahələrdə çox yaxşı münasibətlər var və iki ölkə prezidentlərinin rəhbərliyi ilə bu əlaqələr daha da inkişaf etməkdədir. Ötən il Azərbaycan mədəniyyəti günləri Tehran, İsfahan və Ərdəbil şəhərlərində çox yüksək səviyyədə keçirildi. İndi isə Azərbaycanda İran kinosu günləri təşkil olunur. Biz mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlıyıq. Çünki mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir”.

İki ölkə arasında mədəni əlaqələrin inkişafında fəal iştirakına görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirən Abuzər İbrahimi Türkaman mədəniyyət və turizm sahələrində bundan sonra da əməkdaşlığın vacibliyini vurğuladı.

Görüş iki ölkə arasında mədəniyyət, turizm və mətbuat sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi ilə davam etdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb