Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2792

Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşüb

“Vətəndaşlar tərəfindən irəli sürülən təkliflər, təşəbbüslər yerlərdə mədəniyyət və turizmin daha da inkişaf etdirilməsinə, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri dekabrın 15-də Sabirabad rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlamasında deyib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhalinin qəbulunu keçirirlər. Nazir Əbülfəs Qarayev Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib.

Şirvan şəhər sakinlər şəhərdəki Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasının yenidən qurulması, Şirvan folklor evinin ikinci kateqoriyalı mədəniyyət evinə çevrilməsi, Uşaq musiqi məktəbində saz və kanon siniflərinin açılması, Rəsm qalereyasının fondunun yenilənməsini xahiş ediblər.

Sabirabaddan qəbula yazılan vətəndaşların müraciətləri "Suqovuşan" adlanan ərazinin müasir turizm məkanına çevrilməsi, rayonda Rəsm qalereyasının yaradılması, Tarix-diyarşünaslıq muzeyinin ikinci kateqoriyalı muzeylərə aid edilməsi barədə olub. Həmçinin, Şıxsalahlı kənd Sənətkarlıq evinin təmir edilməsi ilə bağlı minnətdarlıq ifadə olunub.

Saatlı sakinləri rayon ərazisində arxeoloji qazıntıların aparılması, keçirilən tədbirləri canlı izləmək üçün Bakıda və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri arasında canlı internet şəbəkəsinin yaradılması, rayon ərazisindəki qədim qəbirüstü abidələrin üzərindəki yazıların oxunması üçün mütəxəssislərin ezam olunması, Mərkəzi kitabxananın fondunun zənginləşdirilməsi üçün elektron nəşrlərin alınması ilə bağlı nazirə müraciət ediblər.

Hacıqabul sakinlərinin xahişləri mədəniyyət sahəsində çalışan qeyri-ixtisas təhsilli əməkdaşlar üçün öz hesablarına Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində kursların təşkili, Azərbaycan musiqi ədəbiyyatı üzrə tədris proqramının hazırlanması, musiqi məktəblərində çalışan müəllimlərin biliklərinin qiymətləndirilməsinin davam etdirilməsinə köməklik göstərilməsi barədə olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırdı: “Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər səsləndirildi. Bunlardan biri musiqi məktəblərində çalışan müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlıdır. Bir neçə il əvvəl bunu tətbiq etmişdik. Bəzi müəllimlər zəif nəticə göstərmişdi. İndi onların özlərini sınamaq istəyi təqdirəlayiqdir”.

Nazir şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri arasında canlı internet-rabitənin yaradılması, kitabxana şəbəkəsində elektron ədəbiyyatdan daha geniş tətbiqi kimi təklifləri də xüsusi qeyd etdi.

Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini dedi. Qeyd etdi ki, Sabirabad rayonunda Kürlə Araz çayının qovuşduğu ərazidə - Suqovuşanda turizmin inkişafı, eyni zamanda mədəni tarixi abidlərin bərpa olunması və turizm məqsədləri üçün istifadə edilməsi barədə təkliflərə də baxılacaq.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib