Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1844

Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası

Sözügedən hədəfə nail olmaq məqsədilə 13 iyul 2018-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Elmi katiblərin I məsləhətləşmə xarakterli görüşü keçirilmişdir.

Tədbirdə ümumilikdə 18 mədəniyyət, elm və ali təhsil müəssisəsi, o cümlədən AMEA-nın Fəlsəfə İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Qafqazşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, habelə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyində çalışan elmi katiblər iştirak etmişdir.

Tədbirin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasınınnın Fəlsəfə İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalandı. Sözügedən memorandumun məqsədi və əhəmiyyəti barədə Fəlsəfə İnstitunun direktoru İlham Məmmədzadə çıxış etdi. Bildirdi ki, bu memorandum elm, təhsil və mədəniyyətin ortaq fəaliyyətinə xidmət edəcəkdir.

Daha sonra Mərkəzin direktoru Asif Usubəliyev gələcəkdə birgə görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə fikirlərini bildirdi. Qeyd etdi ki, elmi katiblərin peşə birliyi mədəniyyət sahəsinə elmi potensialın cəlb edilməsi fəaliyyətimizi daha böyük və lazımlı nəticələrə gətirəcəkdir.

Tədbirin ikinci hissəsində ilk dəfə təşkil olunan Elmi katiblərin I məsləhətləşmə xarakterli görüşünün keçirilməsinin məqsədi barədə mərkəzin elmi katibi Cavid Əliyev məlumat verdi.

Diskussiya formatında davam edən tədbirdə mədəniyyət məsələləri ilə bilavasitə məşğul olan sahələr arasında əməkdaşlığın genişləndirilməsi, sahələrarası koordinasiyanın təşkili, qarşıya qoulmuş vəzifələrin icrası və mövcud problemlərin effektiv həlli məqsədilə müvafiq işçi qrupun yaradılması təşəbbüs kimi irəli sürüldü.

Novbəti görüşlərdə mədəniyyətin aktual məsələlərina dair həsr olunmuş mövzuların müəyyənləşdirilməsi iştirakçılar tərəfindən qərara alındı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb