Milli Kitabxanada Azərbaycana gətirilmiş on beş min türk dilində kitabın təqdimat mərasimi keçiriləcək
1018
18.10.2018
18.10.2018 11:59
19 oktyabr 2018-ci il tarixində saat 11.00-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş on beş min türk dilində kitabın təqdimat mərasimi keçiriləcəkdir.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, İLESAM təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, kitablar Milli Kitabxanaya və ölkəmizin digər şəhər və rayon kitabxanalarına təqdim ediləcəkdir.