14.08.2018 03:45
Avqust ayının 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 95 illiyi münasibətilə “Kamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, tərtib etdiyi, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.