İyun ayının 14-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “15 iyun - Milli Qurtuluş Günüdür” adlı geniş kitab sərgisi açılmışdır.
Sərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
* * *
İyunun 14-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Xalq şairi Hüseyn Camal oğlu Hüseynzadənin (Hüseyn Arif) anadan olmasının 95 illiyi münasibətilə “Hüseyn Arif – 95” adlı geniş kitab sərgisi açılmışdır. Sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərtib və tərcümə etdiyi, redaktoru olduğu, ön söz yazdığı və haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə nümayiş olunacaq.