08.08.2018 04:55
Avqustun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında şair, tərcüməçi, ədəbiyyatşünas alim Ənvər Əhmədin 75 illiyi münasibətilə “Ənvər Əhməd-75” adlı kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri, redaktoru olduğu və “Ön söz” yazdığı, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.