Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1685

Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib

Sentyabrın 18-də Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür. Bu münasibətlə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir və festivalda dünya şöhrətli musiqiçilər iştirak edir.

K.Tahirov çıxışında Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğunu, insan ömrünün gücünə, qüdrətinə sığmayan ölməz əsərlər yaratdığını söyləyib. Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisini nota salaraq, elmi əsaslarla tədqiq etdiyini və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını söyləyən professor, dahi bəstəkarın “Leyi və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, müsəlman Şərqində opera sənətinin əsasını qoyduğunu, bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Koroğlu” kimi milli operaların yazdığını söyləyib. Kərim Tahirov bildirib ki, zəngin irsə malik Üzeyir Hacıbəyli eyni zamanda yazıçı, publisist, jurnalist, ictimai və siyasi xadim olub. Azərbaycan xalqı onun mədəni irsini layiqincə qiymətləndirib xatirəsi hər zaman əziz tutub. Üzeyir Hacıbəyliyə layiqli qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1975-ci ildə ev-muzeyinin açıldığını, bəstəkarın doğum gününün – 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı Sərəncam verdiyini söyləyib.

Kərim Tahirov onu da qeyd edib ki, dahi bəstəkarı layiqincə təbliğ etmək məqsədilə Milli Kitabxana tərəfindən biblioqrafiya çap edilib, əsərləri dünya milli kitabxanalarına göndərilib.

Daha sonra direktor müavini Ədibə İsmayılova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş söhbət açaraq dahi bəstəkarın Azərbaycan xalqının musiqi tarixində unudulmaz əsərlər yaratdığını, milli musiqimizi dünya səviyyəsinə çatdırdığını söyləyib.

Sonda tədbir iştirakçıları dahi bəstəkarın həyat və fəaliyyətindən bəhs edən geniş kitab sərgisi ilə tanış olublar.

Sərgidə Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, publisistik əsərləri, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib