Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4075

Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu

Oktyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Tədbirdən öncə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov, teatr ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsini ziyarət etdilər. Abidə önünə tər çiçək dəstələri düzüldü.

Tədbir iştirakçıları daha sonra Mingəçevir Dövlət Dram Teatrının foyesində sənət ocağının fəaliyyətinə həsr olunmuş foto sərgiyə baxdılar.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət, incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışdı. Nazir qeyd etdi ki, 2006-cı ildə teatr fəaliyyəti haqqında qanunun qəbul edilməsi, 2007-ci ildə ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalaması, “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi dövlətin bu sahəyə diqqətinin bariz nümunəsidir. Bildirildi ki, məhz bu mühüm sənədlərin qəbulu, dövlət proqramı bizə beynəlxalq miqyaslı tədbirlər keçirmək, teatr binalarını əsaslı təmir edib, yenidən qurmaq imkanı yaradır. Bu proses təkcə paytaxt teatrlarını deyil, həm də bölgə teatrlarını əhatə edir.

Əbülfəs Qarayev Mingəçevir Dövlət Dram Teatrının fəaliyyətindən söz açaraq kollektivin əməyini yüksək qiymətləndirdi, teatrın 50 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin sərəncamını xatırlatdı: “Bu gün ölkəmizdə, mədəniyyətimizin digər sahələri kimi, teatr sənəti də inkişaf edir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Yubileyini qeyd etdiyimiz Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. Sənət ocağı 1969-cu ilin martın 28-də Cəfər Cabbarlının “Almaz” əsərinin tamaşaya qoyulması ilə fəaliyyətə başlayıb. Bu illər ərzində yaradıcı kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın  tamaşa hazırlayıb”.

Nazir vurğuladı ki, yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümunələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı Türkiyə, rus və dünya dramaturgiyasına da müraciət edib. Mingəçevir teatrı Azərbaycanda və onun hüdudlarından kənarda fəal mədəniyyət ocağı kimi tanınır. Teatr respublikamızın əksər şəhər və rayonlarına, eləcə də Türkiyə, Gürcüstan, Rusiyaya qastrol səfərləri edib, respublika festivallarının iştirakçısı və qalibi olub.

Əbülfəs Qarayev daha sonra Mingəçevir Dövlət Dram Teatrının əməkdaşlarının mükafatlandırılması haqqında Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamları oxudu. Həmçinin teatrın bir neçə əməkdaşına nazirliyin fəxri fərmanını təqdim etdi.

Nazir sonda bir daha teatrın kollektivini yubiley münasibətilə təbrik edərək hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov yubiley gecəsində çıxış edərək teatrın şəhərin mədəni həyatında mühüm rolundan danışdı. Bildirdi ki, Azərbaycan teatrı böyük inkişaf yolu keçib və bu inkişafda Mingəçevir Dram Teatrının da öz yeri var. O, teatrın yubileyinin qeyd olunmasına, teatrın əməkdaşlarına mükafatların verilməsinə görə Mingəçevir sakinləri adından Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi.

İlham İsmayılov teatrın bir neçə əməkdaşına İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim etdi.

Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov teatrın kollektivinə təbriklərini çatdırdı. Bildirdi ki, ənənələri olan Mingəçevir teatrı bu gün ölkə teatrları arasında öz dəsti-xətti ilə seçilir.

Azərbaycan Teatr Xadimləri İttifaqı adından teatrın bir neçə əməkdaşına fəxri fərmanlar təqdim edildi.

Yubiley gecəsi daha sonra konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, Mingəçevir Dram Teatrında ötən illərdə “Almaz” (C.Cabbarlı), “Hacı Qara” (M.F.Axundzadə), “Eşq və İntiqam”, “Laçın yuvası” (S.S.Axundov), “Həmyerlilər” (A.Məmmədov), “Fərhad və Şirin”, “Vaqif” (S.Vurğun), “Yağışdan çıxdıq yağmura düşdük” (N.B.Vəzirov), “Kəndçi qızı” (M.İbrahimov), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Qətl günü” (Y.Səmədoğlu), eləcə də “Ezop” (Q.Fiqeyredo), “Toros canavarı” (Ə.Nesin), “Müfəttiş”, “Evlənmə”  (N.Qoqol), “Ayrılmaq anı”  (M.Bayciyev) kimi əsərlər müvəffəqiyyətlə tamaşaya qoyulub, seyrçi rəğbətini qazanıb, mətbuatda geniş işıqlandırılıb. Hüseyn Cavidin “Ana” əsərinin tamaşası isə 2004-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının qərarı ilə klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

 

 

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib