Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3979

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının gələcəkdə birgə əməkdaşlığı məqsədilə görüş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi  birgə əməkdaşlıq məqsədilə 21 may 2018-ci il tarixdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində oldular. Mərkəzin müdiri doktor Əhməd Sami Elaydi kollektiv üzvlərini səmimi qarşıladı, iyirmi ildən artıq fəaliyyət göstərdiklərini, bir çox layihələrin iştirakçıları olduqlarını, bir sıra qurumlarla, təşkilatlarla müntəzəm əməkdaşlıq etdiklərini bildirdi. Doktor Əhməd Sami Elaydi mərkəzdə ödənişsiz ərəb dili kurslarının təşkili, yaş məhdudiyyəti olmadan hər bir kəsin müraciət etməsi, yüksək səviyyədə dərslərin keçirilməsi haqqında danışandan sonra kitabxana əməkdaşlarını və oxucuları da bu kurslara dəvət etdi. Misir Ərəb Respublikasının təhsil ocaqları, hər birində iki yüz mindən artıq tələbəsi olan universitetləri, beş milyondan artıq kitab fonduna, yüz milyondan artıq sənədlərə malik arxivi haqqında danışdı. Mərkəzin kitabxanası ilə tanışlıqda doktor Əhməd Sami Elaydi bildirdi ki, fondda gördüyünüz bu ədəbiyyatlardan savayı on minə yaxın elektron variantı olan kitablar da vardır. Təşkil olunan sərgilər, eksponatlar da xüsusi diqqət cəlb elədi. Mərkəzin səyyar sərgisi, dərs otaqları, təşkil olunan tədbirlər haqqında məlumatlar, Misir Ərəb Respublikası haqqında çəkilən qısa metrajlı film  maraqla qarşılandı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva kitabxana, onun şöbələri, fəaliyyəti haqqında geniş məlumatla  çıxış etdi.

Doktor Əhməd Sami Elaydi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasını da birgə əməkdaşlığa, bir sıra layihələrdə iştiraka dəvət etdi. Görüşün sonunda müəllifi olduğu “Müstəqillik dövrü Azərbaycan romanı” kitabından üç nüsxə kitabxanaya hədiyyə verdi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb