Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
884

Musiqili Teatrda həftəsonu bir sıra maraqlı tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. 13, 14, 15 oktyabr tarixlərində saat 12.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Bremen musiqiçiləri və Pen” (C. Barri, Qrimm qardaşları), “Baladadaşın toy hamamı” (Elçin),  “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim ediləcək. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Çingiz Əhmədov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Rəsmiyyə Nurməmmədova, Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Emil Heydərov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Rauf Babayev, Mehriban Zalıyeva, Nicat Əli, Aydan Həsənova, Elçin İmanov, Gülnarə Əzizova, Telnaz Hüseynova, Ruslan Mürsəlov, Əmrah Dadaşov, Eleanora Mehdiyeva, Şaban Cəfərov, Zarina Qurbanova, Elməddin Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Pərvin Dadaşova və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 13 oktyabr tarixində saat 19.00-da SSRİ Xalq artisti R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri rus dilində böyüklər üçün, 14 oktyabr saat 12.00-da C. Barri və Qrimm qardaşlarının  “Bremen musiqiçiləri və Pen”, 15 oktyabr saat 12.00-da isə E. Sabitoğlu və Y. Şvartsın “Qırmızıpapaq” nağıl-tamaşaları uşaqlar üçün Azərbaycan dilində nümayiş olunacaq.

Teatrsevərlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 

XƏBƏRLƏR

23.02.2018 18:06
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən yeni formatlı metodiki vəsaitlər hazırlanıb
23.02.2018 17:59
Mədəniyyət və turizm naziri İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşdü
23.02.2018 17:49
Daşkənddə Xocalı faciəsinin 26-cı ildönümü yad edilib və “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib
23.02.2018 17:22
“Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı və “Xocalı şahidləri danışır” adlı kitabın təqdimat mərasimi
23.02.2018 16:32
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
23.02.2018 16:26
Üçüncü Buktreyler Festivalında iştirak şərtləri
23.02.2018 16:22
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı
23.02.2018 15:53
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçirildi
23.02.2018 14:34
Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il başa çatacaq
23.02.2018 12:44
Mədəniyyət və turizm naziri Göyçayda vətəndaşlarla görüşüb
23.02.2018 09:54
Xalq Artisti Süleyman Ələsgərovun xatirəsi anılıb
22.02.2018 17:03
Gənc Tamaşaçılar Teatrı həftəsonu 9 tamaşa təqdim edəcək
22.02.2018 16:59
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirildi
22.02.2018 16:56
Musiqili Teatr 8 Martda “Açıq qapı” günü keçirəcək
22.02.2018 15:17
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası "Global Healthcare Travel Forum"-unda təmsil olunub
22.02.2018 14:55
İran nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
22.02.2018 12:43
Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir
22.02.2018 10:00
Xalq Artisti Elza İbrahimovanın xatirəsi anılıb
21.02.2018 16:06
Musiqili Teatrda həftəsonu tamaşaları
21.02.2018 16:04
Turizm və Menecment Universitetində “Ana dilimiz-mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib
21.02.2018 16:01
İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək
21.02.2018 12:54
Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı Koventridə təqdimatlar keçirildi
21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi