Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5429

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyi qeyd olundu

Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyinə həsr olunan tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə muzeyin foyesində Elmi-Bərpa Mərkəzinin əməkdaşları tərəfindən bərpa olunan eksponatların yer aldığı sərgiyə baxdılar. Sonra mərkəzin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu.

Mərasimdə çıxış edən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova qurumun fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, Azərbaycanda muzey sərvətlərinin bərpası işinin təməli 1957-ci ildə ilk peşəkar bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub: “İlk illərdə burada yalnız rəngkarlıq və qrafika əsərləri bərpa olunurdu. Bu gün isə mərkəzimizin vəzifəsi bərpaya ehtiyacı olan muzey əşyalarının qeydiyyata alınması, konservasiya işlərinin həyata keçirilməsi, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir. Elmi-Bərpa Mərkəzində bu günədək 2 minə yaxın müxtəlif muzey eksponatı bərpa və konservasiya olunaraq muzeylərə qaytarılıb”.

Qeyd olundu ki, respublikamızda fəaliyyət göstərən muzeylərin kolleksiyalarına daxil olan maddi mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi etibarlı əllərdədir. Cənubi Qafqazda yeganə olan Elmi-Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, xalqımızın mədəni irsinin qorunub saxlanılması və təbliği istiqamətində sistemli işlər həyata keçirilir: “Ölkəmizdə tarixi-mədəni abidələrin, eləcə də sənət əsərlərinin bərpası böyük əhəmiyyət kəsb edir. Bərpaçılıq sənətinin yarım əsrdən çox bir dövrü əhatə etməsi mədəni irsimizin qorunmasından xəbər verir və bu sahəyə olan diqqətin davamlılığını şərtləndirir. Ölkəmiz tarixi abidələrlə zəngindir. Arxeoloji qazıntılar nəticəsində hər il yeni-yeni mədəniyyət nümunələri aşkar edilir. Onların bəzilərinin, eləcə də muzeylərdə saxlanılan eksponatların da bir qisminin zaman-zaman bərpaya ehtiyacı yaranır. Bu baxımdan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin fəaliyyəti bizim üçün çox vacibdir”.

Nazir bərpaçılıq sənətinin daha da inkişaf etdirilməsi üçün beynəlxalq təcrübədən yararlanmağın vacibliyini qeyd etdi. Vurğuladı ki, bu sahə üzrə ixtisaslaşmış işçilər muzeylərdə də çalışmalı, həmçinin muzeylər Elmi-Bərpa Mərkəzi ilə sıx əməkdaşlıq etməlidirlər.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin 30 noyabr 2017-ci il tarixli sərəncamı ilə mərkəzin bir qrup əməkdaşının təltif olunmasını Azərbaycan bərpaçılıq sənətinə verilən yüksək dəyər kimi qiymətləndirdi.

Daha sonra mərkəzin bir qrup əməkdaşına “Əməkdar mədəniyyət işçisi” fəxri adının döş nişanı və vəsiqəsi təqdim olundu. Eləcə də mərkəzin bir neçə əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlar verildi.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb