12.11.2018 03:29
Kürdəmir Regional Mədəniyyət İdarəsinin müəssisələri mədəni hərbi hamilik çərçivəsində əlamətdar günlərdə ərazilərdəki “N” saylı hərbi hissələrdə olur, əsgər və zabitlər qarşısında maraqlı tədbirlərlə çıxış edirlər. Növbəti tədbir Kürdəmir rayonu ərazisində olan “N” saylı hərbi hissədə Bayraq günü ilə əlaqədar keçirilmiş bayram tədbiri olmuşdur. Maraqlı keçən tədbirin sonunda hərbi hissənin komandanlığı yüksək mədəni xidmətə görə Regional İdarəyə Fəxri Fərmanı təqdim etmişdir.
Hərbi hissələrdə mədəni hamilik Regional İdarənin diqqət mərkəzində saxlanılır.