“Nar bağı” bədii filminin qadın rol ifaçısı Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olmuşdur
“Nar bağı” bədii filminin qadın rol ifaçısı İlahə Həsənova Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkəti tərəfindən birgə istehsal edilən “Nar bağı” filminin quruluşçu rejissoru İlqar Nəcəf, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.
“Üçüncü günün adamı” bədii filminin baş rol ifaçısı Hikmət Rəhimov Türkiyədə keçirilən 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktyor” nominasiyasının qalibi olmuşdur.
“Azərbaycanfilm” kinostudiyası tərəfindən Babək Şirinsifətin rejissorluğu ilə çəkilən “Üçüncü günün adamı” filminin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa, Kamran Yunis və Ayşad Məmmədov canlandırıblar.