Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3288

Nazir Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətini müsəlman dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Təbrikdə islam dinin humanist dəyərlərinin təcəssümü olan Ramazanın insanları birliyə, bərabərliyə, paylaşmağa, eyni zamanda nəfsinə hakim olmağa səslədiyi qeyd olunur. Bildirilir ki, insanın ruhu və cismi üçün olduqca böyük önəm kəsb edən orucluq mənəviyyatımıza müsbət təsir göstərən ilahi qüdrətə malikdir.

Orucluq ilin qısa bir dövrünü əhatə etsə də, onun gətirdiyi mənəvi zənginlik, ruhi rahatlıq özünü və cəmiyyəti dərk etmək baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də “On bir ayın sultanı” olaraq da xarakterizə edilən bu mübarək bayramın hikmət və fəziləti islam fəlsəfəsində çox önəmli yerə sahibdir.

“Tarixən Azərbaycanda islam dəyərlərinə, irsinə bağlılıq olmuşdur. Ölkəmizdə islam mədəniyyətini zənginləşdirən qədim maddi mədəniyyət nümunələrinin çoxluğu xalqımızın bu dinin ali ideyalarına olan ehtiramının mühüm göstəricisidir. Xalqımız tarixin müxtəlif dönəmlərində çətin sınaqlardan keçsə də, öz adət-ənənələrini, həmçinin islam dininin dəyərlərini qoruyub yaşatmışdır. Azərbaycanda həmişə islami dəyərlər və dünyəvilik vəhdətdə olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilmiş, həmin il may ayının 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirilmişdir. Bu il Azərbaycanın qədim və zəngin mədəniyyət beşiklərindən olan Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” missiyasını yerinə yetirir”, - deyə təbrikdə vurğulanır.

Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi naminə yeni uğurlar arzulayıb.

XƏBƏRLƏR

15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
01.02.2024 11:48
Mədəniyyət naziri xaricdə mədəniyyət sahəsi üzrə təhsil almış və təhsilini davam etdirən şəxslərlə görüşüb