Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1893

Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü

İyunun 19-da mədəniyyət naziri Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı açılış tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə görüşdü.

Qonağı salamlayan Əbülfəs Qarayev son dövrdə İSESCO ilə əməkdaşlıq sahəsində görülən işlərdən danışdı. Diqqətə çatdırdı ki, təşkilatda Azərbaycan öz mövqeyi ilə seçilən üzvlər sırasındadır. Buna səbəb isə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin müsəlman aləminə, mədəniyyətinə inteqrasiya proseslərinin çox fəal şəkildə həyata keçirilməsidir. İSESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvləri bu işin davam etdirilməsinə və münasibətlərin daha da yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəmirlər.

Nazir İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli sərəncamı ilə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də keçirilən iclasında Tədbirlər planı təsdiqlənib və icrasına başlanılıb. Bu hadisənin ölkəmiz üçün əhəmiyyətini vurğulayan nazir Naxçıvanın hədsiz gözəl şəhər, tarixi memarlıq abidələri ilə zəngin məkan olduğunu qonağın diqqətinə çatdırdı.

O da vurğulandı ki, cari il iyunun 20-də Naxçıvan şəhərində “İslam mədəniyyətinin paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək. Tədbirdə çoxsaylı mötəbər qonaqların, dövlət rəsmilərinin, o cümlədən TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətləri iştirak edəcək.

Əbülfəs Qarayev İSESCO-nun bir tərəfdaş qurum kimi bu əlamətdar hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırdı.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi. O, İSESCO-Azərbaycan əməkdaşlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini xüsusi vurğuladı.

Görüş qarşılıqlı əməkdaşlıq məsələlərin müzakirəsi ilə davam etdi.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib