Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
729

Nazir Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Tovuz şəhərində keçirilib

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Tovuzdan qəbula yazılmış sakinlər ustad aşıq Mikayıl Azaflının 95 illik yubileyinin keçirilməsi, rayondakı Xalq teatrına milli geyimlərin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Ağstafa rayonundan qəbula gəlmiş vətəndaşların müraciətləri aşıq sənətinin gənc nəslə öyrədilməsi, təbliği, eləcə də saz alətinin hazırlanması üçün yer ayrılması, “Nəsimi ili” çərçivəsində tədbirlərin keçirilməsi, kitabxanalara böyük şairin əsərlərinin yeni nəşrlərinin, onun haqqında kitabların verilməsi, ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması barədə olub.

Qazax sakinləri rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrdən birinə 2017-ci ildə dünyasını dəyişmiş Aşıq Ədalət Nəsibovun adının verilməsi, uşaq musiqi məktəbində yeni instrumental ifaçılıq sinfinin açılması və məktəbin musiqi alətləri ilə təchizatı, işlə təmin olunma barədə müraciət ediblər.

Şəmkir rayonunda İmadəddin Nəsimin 650 illik yubileyinin və Cənubi Qafqazda alman məskənlərinin 200 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi, fərdi sahibkarlıq obyektində “Şəmbook” adlı kitab bölməsinin açılmasına dəstək göstərilməsi barədə də nazirə müraciət edilib.

Həmçinin Göygöl rayonu ərazisindəki alman qəbiristanlığına qoruq statusunun verilməsi, vaxtilə Göygöl şəhərində yaşamış alman icmasının nümayəndəsi Viktor Klaynın nazirliyin balansında olan evindən turistik məqsədlə istifadə və digər məsələlərlə bağlı müraciətlər olunub.

Gədəbəy rayonundan qəbula gələn vətəndaşlar mədəniyyət sahəsində təcrübənin öyrənilməsi üçün xarici ölkələrə səfərlərin təşkili, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının 10 illiyinin qeyd olunması, bu məqsədlə müsabiqə və festivalların keçirilməsi barədə xahiş və təkliflərini diqqətə çatdırıblar.

Daşkəsəndən qəbula gəlmiş vətəndaş kitabının nəşrinə köməklik göstərilməsini, digər sakin işarət dilində hazırladığı əyani vəsaitin eşitmə əngəlli insanların istifadəsi üçün kitabxanalara verilməsini xahiş edib.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Qəbuldan sonra mətbuata açıqlama verən nazir yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, budəfəki görüşdə sakinlərin musiqi məktəblərinin işinin gücləndirilməsi, yeni fənlərin tədris olunması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanın icrası barədə də danışıb. Vurğulayıb ki, fərmana uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq. Bu zaman birinci növbədə insan faktoru diqqətdə saxlanılacaq, insanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

 

XƏBƏRLƏR

20.02.2019 09:44
20 Yanvarın kino salnaməsini yaradanlardan bəhs edən “Silahdaşlar” sənədli filmi təqdim olunub
19.02.2019 17:32
Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq
19.02.2019 12:25
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Dəmir izlər” adlı sərgi açılıb
19.02.2019 12:17
İlk dəfə olaraq əntiq əşyaların ixtisaslaşdırılmış “Auksion Baku” müsabiqəsi keçiriləcək
19.02.2019 10:14
Azərbaycan İstiqlal Muzeyində “Cəzasız Cinayət” adlı sənədli filmin təqdimatı və eyniadlı sərgi açılacaq
19.02.2019 09:57
Teatr Muzeyində gənc şəbəkə ustası İlqar Rəsulzadənin əsərləri sərgilənəcək
19.02.2019 09:55
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2019 09:49
Regionların mədəni ixtisaslaşması siyasəti davam edir
19.02.2019 09:37
Dördüncü Buktreyler Festivalının səsi bəlli oldu
18.02.2019 17:51
Muzey Mərkəzində Gəncə rəssamlarının “Xəzinə” adlı sərgisi keçiriləcəkdir
18.02.2019 17:12
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18.02.2019 14:42
Macarıstanlı diplomat Azərbaycan Dövlət Musiqili Teatrı ilə yaxından tanış olub
18.02.2019 11:34
İstanbulda “Türkiyə-Azərbaycan Ortaq Miras” konserti təşkil edilib
18.02.2019 11:24
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib
16.02.2019 13:21
Mədəniyyət naziri Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib
16.02.2019 11:42
Bakıda türkmən xalçaları və zərgərlik məmulatlarından ibarət sərgi açılıb
15.02.2019 17:39
Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
15.02.2019 16:33
Sumqayıtda “Uğur Əngəl Tanımır!” layihəsi çərçivəsində sərgi-müsabiqə keçirilib
15.02.2019 16:02
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15.02.2019 15:40
“Azərbaycanın ipək incisi” yaradıcılıq müsabiqəsinə eskizlərin qəbulu müddəti uzadılmışdır
15.02.2019 15:40
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb
15.02.2019 14:59
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15.02.2019 12:39
Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalandı
15.02.2019 11:21
Kürdəmirdə mədəniyyət müəssisələrinin rəhbər və gənc işçilərinin toplantısı keçirilib
15.02.2019 09:57
Azərbaycanın Birinci vitse-prezidenti Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olub
14.02.2019 18:30
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Türkmənistan nümayəndə heyəti ilə görüşüb
14.02.2019 17:09
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib
14.02.2019 14:25
Musiqili Teatr azyaşlı tamaşaçıları üçün bayram hədiyyəsi hazırlayır
14.02.2019 14:10
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “ASAN Xidmət” mərkəzində Beynəlxalq Kitab Bağışlama Gününə həsr edilmiş tədbir keçirilib
14.02.2019 14:09
Bakıda “Türkmənistan əl işi xalçaları, milli zərgərlik məmulatları və tekstil məhsulları” adlı sərgi açılacaq
14.02.2019 11:36
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir