Niyazinin mənzil – muzeyinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də muzeyin açılışı zamanı söylədiyi nitqinin videoyazısı ilə başlayıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək muzey haqqında məlumat verib, görülən işlərdən danışıb, gələcək planlara toxunub.
Mədəniyyət Naziriliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Niyazinin mənzil - muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov tədbirin əhəmiyyətindən söz açıb, muzeyin 25 illik fəaliyyəti haqqında geniş bəhs ediblər.
Sonra Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Arifə Zülfüqarova muzeyin rəhbərliyi və əməkdaşlarına fəxri fərman və pul mükafatları təqdim edib.
Tədbir konsert proqramı ilə davam edib.