Fevralın 22-də Nizami Kino Mərkəzi daha bir türk dramı “Hadi be oglum” filmini təqdim edəcək.
Rejissor Boran Egemenin lentə aldığı “Hadi be oglum” filmi, sezonun ən baxımlı filmi olacağı bildirilir. Yaş həddi:14+
Balıqçı Ali həyatını oğlu Efeye həsr edib. Efe başqa uşaqlardan fərqlidir. Ətrafdakılarla münasibət qurmaqda əziyyət çəkən Efe, atası ilə də bu problemi yaşayır. Alinin ən böyük istəyi ,oğlunun onu anladığını bilməsidir. Valideynlərinin və sevdiyi qadının acı xatirələrini daşıyan Alinin, oğluna duyduğu sevgisi ikisinin də həyatını işıqlandıracaq...
Ata və oğul hekayəsinin baş qəhrəmanlarını, balıqçı Alini - türkiyənin ən populyar aktyoru Kivanc Tatlıtuğ, Efe obrazını Alihan Terkdemir canlandırıblar. Filmdə, həmçinin aktyorlar Büşra Develi və Yücel Erten de yer alıblar.