Nizami Kino Mərkəzində türk ulduzlarının iştirakı ilə - “Dünya Hali” filminin Qala gecəsi keçiriləcək
3631
22.10.2018
22.10.2018 05:21
Mövsümü Milli filmlərin qala-gecələri ilə açan Nizami Kino Mərkəzi, noyabrın 7-də Af Media şirkətilə birgə, kinosevərləri “Dünya hali” romantik komediya filminin Qala gecəsi ilə sevindirəcək.
Filmin baş qəhrəmanları türk ulduzları Murat Dalkılıç və Melis Sezen Qala gecəsində iştirak etmək üçün Bakıya gələcəklər.
Rejissor Ömer Canın çəkdiyi “Dünya Hali” filmi aşiq olma qorxusu olan Serdarın və onun xoşlandığı gənc qadın Gizemin eşqə doğru gedən yollarından bəhs edir.
Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Hörmətli kinosevərlər qala gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook və instaqram səhifəsindən öyrənə bilərsiniz. (ttps://www.facebook.com/NizamiCinema?rf=hl