Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2555

Novruzu bayram edən ölkələrin diplomatları Yel çərşənbəsini birgə qeyd etdilər

Martın 12-də Türkiyənin Bakıdakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və Novruz bayramını qeyd edən dövlətlərin səfirliklərinin birgə təşəbbüsü ilə Yel çərşənbəsi və Novruz adətlərinə həsr olunmuş tədbir keçirildi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hər bir ölkənin Novruz adətlərini və Novruz mətbəxini əks etdirən sərgi ilə tanış oldular.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək tədbirə qatılan bütün qonaqlara təşəkkür etdi. Bildirdi ki, Tacikistan səfiri tərəfindən irəli sürülən bu təşəbbüs nəticəsində Novruzu bayram edən ölkələrin səfirlikləri bir araya gələrək baharın müjdəsi olan Yel çərşənbəsini birgə qeyd etmək qərar veriblər: “Bu gözəl təşəbbüsə qoşularaq bu gün qardaşlıq və sülh naminə bir arada olmaq nə xoşdur”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Yel çərşənbəsi münasibətilə təbrik etdi, bu təşəbbüsə qoşulan hər kəsə və tədbirin ərsəyə gəlməsində əməyi olan nazirliyin əməkdaşlarına təşəkkürünü bildirdi.

Nazir qeyd etdi ki, bu gün səfirliklərin təqdim etdikləri gözəl Novruz nemətləri bizim xalqlarımızın zəngin mədəniyyətindən və eyni zamanda bir-birinə yaxınlığından xəbər verir: “Azərbaycan xalqı Novruzu bütün dövr və zamanlarda  daima böyük sevinclə qeyd edib və bu, xalqımızın müqəddəs saydığı bayramlardan biridir. Bu bayram sülh və qardaşlıq, paylaşma rəmzidir. Təbiətin oyanışı ilə bərabər xalqlarımızın gözəl duyğuları, sülhpərvərlik hisləri də oyanır. Novruz həm də  insanlarda əməksevərlik və məhəbbət oyadır. Qədim köklərə malik olan bayram bu günə kimi qorunaraq öz adət və ənənələri ilə yaşayır, evlərə sevinc gətirir. Nə yaxşı ki, müasir dövrdə də bəşəriyyət bu bayramı qeyd edir, adətləri yaşadır. Bu bayram bu gün nəinki bizim xalqlara, eləcə də bütün bəşəriyyətə məxsusdur”.

Əbülfəs Qarayev diqqətə çatdırdı ki, 2009-cu ildə Novruz Azərbaycanın və bu bayramı qeyd edən dövlətlərin birgə təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT-nin Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü elan edib. Beləliklə, Novruz beynəlxalq status qazanaraq dünyaya təqdim olunub.

“Bir daha hər birinizi Novruz münasibətilə təbrik edir, sülh və əmin-amanlıq arzulayıram. Bəşəriyyətdə müxtəlif ənənələr və cəmiyyətlər yaşayır. Onları birləşdirən amil isə ana təbiətdir. Təbiətin oyanışı hər birinizə yeni gün, yeni arzularla bərabər dünyaya sülh gətirsin”, - deyə nazir çıxışını bitirdi.

BMT-nin Azərbaycan üzrə nümayəndəsi Qulam İsaqzai bildirdi ki, Novruz bayramı qardaşlıq, ölkələr, xalqlar arasında isti münasibətlər deməkdir. Müasir dövrümüzdə baş verən münaqişələri bəlkə də qədim kökə malik Novruz adətləri ilə əritmək, həll etmək olar. “Bütün bəşəriyyəti, Azərbaycan xalqını və tədbirə qatılan ölkələri bu sülh bayramı münasibətilə təbrik edirəm”, - deyə BMT təmsilçisi vurğuladı.

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli Novruz bayramının ənənələrindən söz açdı, təşəbbüsə dəstək göstərən bütün səfirliklərə təşəkkür etdi. Xalqlarımız arasında dostluq, qardaşlıq yaradan Novruz münasibətilə təbriklərini çatdıran səfir dünyaya sülh, ortaq Novruz mədəniyyətinə malik xalqlara əmin-amanlıq və firavan həyat arzuladı.

Tədbir səfirlik nümayəndələrinin Yel çərşənbəsi tonqalı ətrafında rəqsi və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdi.

Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin təqdim etdiyi sərgi və Novruz şirniyyatlarından ibarət milli mətbəx nümunələrimiz böyük maraqla qarşılandı. Xüsusi tərtibatı ilə seçilən Azərbaycan guşəsi xarici qonaqlara bir daha xalqımızın Novruz irsinin zənginliyini nümayiş etdirdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi