Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2753

Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclas keçirildi

Martın 15-də Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclas keçirildi. Tədbirdə Turizm Şurasının Sağlamlıq turizmi üzrə İşçi qrupunun üzvləri, ölkənin sağlamlıq turizmi sektorunun nümayəndələri iştirak edirdi.

İclasda giriş sözü söyləyən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhərin turizm potensialı haqqında məlumat verdi. Bildirdi ki, sağlamlıq turizmi sahəsində geniş tanınan Naftalan nefti ilə müalicə son illər daha da məşhurlaşmaqdadır. Bu da şəhərə gələn xarici turistlərin sayının ildən-ilə artmasına öz təsirini göstərir. Hazırda Naftalanda üçü 5 ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir. 2017-ci ildə şəhərə 36 minə yaxın turist gəlib ki, onlarında 7 mindən çoxu dünyanın 62 ölkəsinin vətəndaşı olub.

Tədbirdə geniş məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışdı. Vurğuladı ki, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas yerlərdən birini tutan turizm sənayesi daima Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Qeyd olundu ki, son bir neçə ildə turizm sənayesində həyata keçirilən tədbirlər, o cümlədən ölkə başçısının 1 sentyabr 2016-cı il tarixli “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı, 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası bu sahədə yeni mərhələnin başlanğıcını qoymuş oldu. 2017-ci ildə Azərbaycan Respublikası Turizm Şurasının fəaliyyətə başlaması da bu sahədə aidiyyəti qurumların işinin əlaqələndirilməsi baxımından xüsusi önəm kəsb edir.

Əbülfəs Qarayev ölkəmizdə, digər turizm növləri kimi, sağlamlıq turizminin də böyük potensialının olduğunu bildirərək qeyd etdi ki, bu turizm növünün inkişafı etdirilməsinə Strateji Yol Xəritəsində də xüsusi yer ayrılıb. Sənədin müvafiq bəndlərinin icrası üçün Turizm Şurası tərkibində Sağlamlıq turizmi üzrə İşçi qrupu (eləcə də Naftalan üzrə neft-tədqiqat qrupu) yaradılıb. Turizm Şurasının qərarına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyətinin, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Naftalan Şəhər İcra Hakimiyyətinin, Milli Turizm Təbliğat Bürosunun və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupunun tərkibi təsdiq olunub.

Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycanda sağlamlıq turizminin, xüsusi ilə Naftalan nefti ilə müalicə üsullarının zəngin ənənələri var: "Hazırda ölkəmizdə sağlamlıq turizmi yeni inkişaf dövrünü yaşayır. Naftalanda, Qalaaltıda, Qəbələdə, Naxçıvanda və Lənkəranda yeni infrastruktur yaradılıb. Bu istiqamətdə fəaliyyət, eyni zamanda Xızı-Xaçmaz, Quba və Qusar rayonları ərazisində turizm rekreasiya zonalarının yaradılması istiqamətində işlər davam etdirilir".

Nazir həmin turizm mərkəzlərində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətinin artırılmasının vacibliyini qeyd etdi. Bildirdi ki, yaxın şəhər və rayonlara ekskursiyaların təşkili, turistlərin asudə vaxtının səmərəli keçirilməsi də xüsusi önəm daşıyır. Bu, turizm müəssisələrinə əlavə gəlir gətirməklə yanaşı, həm də ölkəmizin mədəniyyətinin və tarixi məkanlarının təbliğinə xidmət etmiş olacaq.

Diqqətə çatdırıldı ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafına dair Fəaliyyət planı”nın layihəsi hazırlanıb. Azərbaycan Turizm Şurasının müvafiq qərarına əsasən, ilkin mərhələdə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın sağlamlıq turizmi imkanlarının iqtisadi səmərəliliyi barədə təhlillərin hazırlanması, daha sonra isə Fəaliyyət planının üzərində iş aparılması nəzərdə tutulur.

Qalaaltı, Naftalan və Duzdağda yenidənqurma işlərindən işlərdən danışan nazir əlavə etdi ki, Naftalan neftinin beynəlxalq sertifikatlaşdırmadan keçməsi prosesinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Eləcə də Qalaaltı və Duzdağ üzrə müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində işlər həyata keçirilir. Beynəlxalq sertifikatlar ölkənin bu sahədə imkanlarının daha geniş miqyasda tanınmasına və xaricdən turist axınına təkan verəcək.

Bildirildi ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın (EHTTA) “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutu çərçivəsində Qalaaltı kurortu 2016-cı ildə bu beynəlxalq təşkilata bərabərhüquqlu üzv seçilib. 2018-ci ilin may ayında EHTTA-nın növbəti Baş assambleyası Qalaaltıda keçiriləcək.

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Naftalan neftinin institutda tədqiq olunması, nəticələri və müalicə əhəmiyyəti barədə çıxış etdi. Akademik Naftalan neftinin tərkibi, onun müalicəvi əhəmiyyəti haqqında geniş məlumat verdi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Abil Ağasiyev Azərbaycanın sağlamlıq turizminin imkanları, o cümlədən Qalaaltı, Naftalan və Duzdağın potensialı barədə geniş məruzə etdi.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ölkəmizin bu sahədə imkanlarının təşviq olunması, beynəlxalq aləmdə tanıdılması ilə bağlı görülən işlər haqqında danışdı.

Tədbir daha sonra fikri mübadiləsi ilə davam etdi, müxtəlif təkliflər səsləndirildi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi