Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
336

Opera və Balet Teatrında "Eşq və Ölüm" baleti nümayiş olunacaq

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq Artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək.

İlk dəfə bu balet Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulmuşdur. "Kitabi Dədə Qorqud" eposunun  motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Bakıda çox böyük uğurla baş tutan premyera tamaşasından sonra balet elə həmin ildə Moskvada - Rusiya Akademik Böyük Teatrı  və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində nümayiş olunmuşdu.

2015-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rusiyalı xoreoqraf Nadejda Malıgina "Eşq və Ölüm" baletini yeni quruluşda səhnəyə qoymuşdu. Bu quruluş Polad Bülbüloğlunun 70 illik yubileyi günlərində nümayiş olunmuşdu. 

Cari ilin 6 fevral tarixində tamaşaçılar məhz N.Malıginanın quruluşunu izləyəcəklər.  Tamaşanı  Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının  laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Balet tamaşasında əsas partiyaları  Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan),  Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və başqaları ifa edəcəklər.

XƏBƏRLƏR

18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”