Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2042

Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə konsert keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadənin solo konserti keçirilmişdir.

Tədbirdə Özbəkistan Sənət və Mədəniyyət İnstitutun müəllim və tələbələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət sahəsində tanınmış simaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən İnstitutun rektoru, professor İbrahim Yuldaşev Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələrindən danışaraq, xalqlarımız arasında tarixi yaxınlıq, qədim dövrlərdən başlayan dostluq əlaqələrimizin bugün də uğurla davam etdiyini xüsusi qeyd edib. O, mədəniyyət sahəsinin gələcək mütəxəssislərinə Azərbaycan mədəniyyətinin tanıdılması və  təbliği layihəsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Rektor İbrahim Yuldaşev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımız üçün çox əhəmiyyətli işlərə imza atdığını söyləyib. O, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq ölkəmizdə yaşayan bütün millətlərə və qadınlara böyük hüquqların verilməsi Cümhiriyyətimizin əldə etdiyi nailiyyətlər olduğunu vurğuladı. Natiq Ulu öndər Heydər Əliyevdən sitat gətirərək, bugünki müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olduğunu qeyd etdi.

Daha sonra konsert proqramı iştirakçılara təqdim edildi. Azərbaycanlı tarzən, əməkdar artist Sahib Paşazadə və Özbəkistan Dövlət Konservatoriyasının gənc istedadlı fortepianoçusu Alfiya Usmanovanın birgə konsert proqramında bir sıra maraqlı Azərbaycan və Qərb klassiklərinin əsərləri ifa olundu.

Tarzən Sahib Paşazadənni “Çahargah rapsodiyası”, “Ay Laçın”, Vasif Adıgözəlovun “Qərənfil”, Fikrət Əmirovun “Min bir gecə əsərindən”, Fərhad Bədəlbəyli “Şuşa”, Montinin “Çardaş”, Bramsın “Macar rəqsi” və s. əsərlərin ifası iştirakçıların böyük marağına və alqışlarına səbəb oldu.

Sonda hər iki musiqiçi çıxış edərək dostluq konsertinin Azərbaycanın istiqlalının 100 illiyinə həsr etdiklərini və bu məqsədlə çıxışın onlara şərəf verdiyini söylədilər.

Qeyd edək ki, tədbir yerli mətbuatda geniş işıqlandırılmış və azərbaycanlı tarzən Sahib Paşazadə haqqında Özbəkistan mətbuatında məqalələr verilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb