Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3885

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində möhtəşəm Novruz şənliyi keçirilib

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, yerli azərbaycanlılar və özbəklər, Daşkənddəki çoxsaylı ali məktəblərin müəllim və tələbələri, mötəbər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Novruz xonçaları bəzədilib, milli musiqi altələri, bayram atributlarından ibarət kompozisiya təşkil edilib.

Bayram tədbirini giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov Azərbaycan və Özbək xalqlarının milli bayramı - Novruz bayramı haqqında danışaraq, onun tariximizi, mədəniyyətimizi, adət və ənənələrimizi özündə əks etdirən, xalqlarımızın bir-birinə yaxınlığını bir daha sübut edən el bayramı olduğunu söylədi.

Azərbaycanda və Özbəkistanda dövlət səviyyəsində geniş qeyd olunan Novruzun Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cü ildə YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayan diplomat, “keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramının xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olduğunu qeyd etdi.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistanın Sənət və Mədəniyyət İnstitutunun rektoru, professor İbrahim Yuldaşev misilsiz dəyərlərimiz sırasında Novruz bayramının xalqlarımız üçün əhəmiyyətindən danışaraq, bu xalq dəyərlərinin günümüzədək layiqincə qorunub saxlamasını xalqlarımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindən olduğunu bildirdilər. Bu gözəl bayramın xalqlarımızı birləşdirdiyini, adət və ənənələrimizin icrası isə zəngin mədəniyyətimizin təntənəsi olduğunu qeyd etdilər və iştirakçıları bayram münasibəti ilə təbrik etdilər.

Tədbirdə qonaq qismində iştirak edən azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik etdi, Azərbaycan Mədəniyyət Mərkəzinin Muzeyinə Azərbaycanın keçmişini və müasirliyinə dair hazırladığı əl işini hədiyyə etdi.

Daha sonra Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış bədii proqram iştirakçılara təqdim edildi. Özbəkistanın tanınmış “Fərhad və Şirin” qrupu, “Asl” qrupu və başqa tanınmış sənətçilər Azərbaycan və Özbək musiqilərini ifa ediblər. Mərkəzin nəzdindəki rəqs qrupları milli rəqslərimizi icra ediblər.

Tədbirdə Özbəkistanın “Zarqaynar” geyim evinin modelyer qızları Azərbaycan milli geyimlərini, Qarabağ geyimlərini, Novruz bayramına aid atributları nümayiş etdiriblər.

Bayram şənliyi pəhləvanların və sirk ustalarının çıxışları ilə davam edib. Novruz tonqalına od vurulub, qonaqlar Novruzun simvoluna çevrilmiş milli şirniyyatlarımız və bayram süfrəsinə qonaq ediliblər.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib