Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1818

Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasının Nukus Dövlət İnstitutunda Azərbaycan ocağı yaradılacaqdır

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkənin Nukus Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Bayrambay Otamuratov arasında görüş keçirilmişdir.

Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması, Azərbaycan ali məktəbləri ilə elmi mübadilənin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin və Azərbaycan-Özbəkistan arasında dostluq əlaqələrinin təbliği məqsədi ilə Nukus Dövlət Pedaqoji İnstitutunda  “Azərbaycan ocağı”nın yaradılması razılaşdırılmışdır.

Nukus Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Bayrambay Otamuratov qardaş xalq olan Azərbaycana daim Özbəkistanda böyük maraq olduğunu qeyd etmiş, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafından danışıb. O, İnstitutda yaradılacaq “Azərbaycan ocağı” üçün müvafiq zalın ayrılması, habelə Mərkəzin müvafiq inventar və avadanlıqla təmin edilməsi və digər məsələlər barədə işlərin İnstitut tərəfindən həyata keçiriləcəyinin mümkün olduğunu qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan arasında yüksək səviyyəli münasibətlər, son illər mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışıb. Diplomat İnstitutda fəaliyyətə başlayacaq Mərkəz üçün müvafiq nəşrlərin, milli mədəniyyətimizə dair suvenirlərin, milli geyimlərin, foto və rəsmlərin, bədii və sənədli filmlərin, musiqi diskləri, not əsərlərinin rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən təşkil ediləcəyini bildirib. O, gələcəkdə Nukusdakı Azərbaycan Mərkəzində dostluq əlaqələrimizi təbliği ilə məşğul olan kitabxana, kiçik tədbirlərin, sərgilərin, azərbaycanlı alimlərin iştirakı ilə elmi mühazirələrin, açıq dərslərin keçirilməsini təklif etmişdir.

Tərəflər cari ilin sentyabr-oktyabr ayında Özbəkistanın Nukus şəhərində “Azərbaycan mədəniyyət və ədəbiyyat günləri”nin keçirilməsi, bu tədbirlər çərçivəsində Nukus Dövlət Pedaqoji İnstitutunda “İki ölkə arasında mədəni-ədəbi əlaqələrə dair elmi konfransın keçirilməsi, “Azərbaycan ocağı”nın açılışı, şəhərin Mərkəzi parklarında Azərbaycan mədəniyyəti, musiqisi, rəqslərindən ibarət konsert proqramı və sərginin təşkili və s. tədbirlərin həyata keçirilməsi üzərində işləməyə dair razılığa gəliblər.

Görüşdə Özbək tarixçi-tədqiqatçı Şuxrat Salamov da iştirak edib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi