Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1022

Özbəkistanın Respublika sarayı “Türküstan”da keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı -Türküstanda uşaq xeyriyyə festivalı keçirilib.

Tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin, Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri, Daşkənddəki 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər.

Azərbaycan tərəfi builki xeyriyyə festivalında iştirakını Azərbaycan ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edib.

Tədbirin açılışında iştirakçılar Azərbaycan tərəfinin bu təşəbbüsünü və dəstəyini alqışlayaraq, yüksək qiymətləndiriblər.

Xeyriyyə Festivalını giriş sözü ilə açan Daşkənd şəhər hakimiyyətinin köməkçisi  Omon Topilov ənənəvi olaraq hər ilin sonunda Daşkənddə internat evləri üçün keçirilən xeyriyyə festivalının təşkilatçılıq edən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyini yüksək qiymətləndirib, təşəbbüsü əsl dost qayğısı və dəstəyi adlandırıb. O, balaca istedadların üzə çıxarılması, onların Özbəkistanın aparıcı səhnəsində konsertlərinin təşkili, habelə uşaq evlərinin hər il vacib ehtiyaclarının ödənilməsini əvəzsiz bir iş olduğunu qeyd etdi və Azərbaycan dövlətinə öz təşəkkürünü bildirdi.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillər olan uşaqların rolunu qeyd etdi. O, çıxışında Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında, onun dostluq əlaqələrimizin inkişafında xidmətini vurğuladı.

Daha sonra Festivalda Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı konsert təqdim olundu. Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və kiçikyaşlı oğlanlardan ibarət rəqs qrupları milli rəqslərimizi ifa etdilər.

Daşkənddəki İnternat evlərinin fiziki qüsurlu uşaqları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Onlar bir sıra Özbək, Azərbaycan  və dünya musiqilərini və rəqslərini ifa ediblər.

Qeyd edək ki, çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb və təşəbbüs şəhər hakimiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb