Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2341

Özbəkistanın Respublika sarayı – Türküstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistanın Səfirliyinin dəstəyi ilə Daşkənddəki Respublika sarayı – Türküstanda möhtəşəm dostluq konserti keçirilib.

Dostluq konsertində dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, xadimləri, xarici ölkələrin Özbəkistandakı səfirləri və diplomatları, ictiamiyyət nümayəndələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər. 

Öncə iştirakçılar “İstiqlalın 100 illiyi mübarək – Azərbaycan!” adlı foto və kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulmuş, Azərbaycan Xalq Cümhuriyyətinə dair fotoşəkillər, nəşrlər nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev çıxış edərək, 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun Azərbaycan xalqının həyatında oynadığı mühüm rol, Azərbaycanda parlamentin, dövlətçilik aparatının yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, Azərbaycan qadınına böyük hüquqların verilməsi və s. barədə məlumat verib.

Səfir  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkədə Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunduğunu və ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi müstəqil Azərbaycanın 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olduğunu qeyd etdi.

Qeyd edək ki, Dostluq konsertində Özbəkistanın dünya şöhrətli orkestrı – Gənclərdən ibarət Simfonik orkestr, dirijor -  Özbəkistanın tanınmış artisti Maqsid Ubayev və Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadə çıxış ediblər.

Proqrama Azərbaycanın və dünya musiqisinin inciləri sayılan Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunub. “Koroğlu” üverturası ilə başlanan konsertdə “Alban rapsodiyası”, “Min bir gecə”, “Çaxargah rapsodiyası”, “Qərənfil”, “Şuşa” və başqa əsərlər ifa olunub. Musiqilər ifa olunduqca Azərbaycan Xalq Cumhuriyyəti, ölkəmizin son illər əldə etdiyi uğurlar, Azərbaycan torpaqlarının Ermənistan tərəfinfən işğalı və dağıdılmış mədəni bidələrimizi əks etdirən video rolik nümayiş etdirilmişdir.

Qeyd edək ki, əsərlər ifa edildikcə səhnədəki böyük ekranlarda yüz il öncə yaradılmış Azərbaycan Xalq Respublikası, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz, Azərbaycanın turizm imkanları, habelə Qarabağda dağıdılmış abidələrimiz, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərinə dair videomateriallar nümayiş etdirilib.

 Tədbirdə Özbəkistanın xalq artisti – Nəsibə Abdullayeva Azərbaycan xalq mahnısı olan “Küçələrə su səpmişəm”, əməkdar artist Erkin Ramazanov isə “Sarı gəlin” mahnılarını ifa ediblər. Konsert proqramına maraq böyük olub və çıxışlar tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!